"Qarabağ" Rumıniya klubuna qarşı

"Qarabağ" Rumıniya klubuna qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki, Qurban Qurbanovun komandası Rumıniyanın "Qaz Metan" klubu ilə qarşılaşır. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

Qış fasiləsinə lider kimi yollanan "Qarabağ"ın bu rəqibi hazırda Rumıniyanın yüksək liqasında 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qüvvəsini sınayacaq. Yanvarın 21-i və 25-i isə daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək.

14 yanvar

18:00. "Qarabağ" - "Qaz Metan" (Rumıniya) - 0:0 (Birinci hissə)

Mənbə: qol.az