"Beşiktaş"dan qələbə

"Beşiktaş"dan qələbə

Türkiyə Superliqasında 21-ci tura start verilib.

Qol.az xəbər verir ki, turun açılış matçında “Beşiktaş” doğma meydanda “Qaziantep”i qəbul edib və minimal hesabla qalib gəlib.

 

Günün digər matçı “Yeni Malatyaspor”la “Göztəpə” arasında olub. Üç qolun qeydə alındığı bu oyunda isə qonaqlar sevinən tərəf olub.

14 yanvar

Türkiyə Superliqası, 21-ci tur

"Beşiktaş" – "Qaziantep" - 1:0
Qol: Batşuayi, 67.

"Yeni Malatyaspor" – "Göztəpə" - 1:2
Qol: M.Eskihellac, 7 – B.Əmir, 15. Laurensi, 73

Bu qələbədən sonra xallarını 32-ə çatdıran "Beşiktaş" 5-ci pilləyə yüksəlib. "Qaziantep" 31 xalla 8-ci, "Göztəpə" 21 xalla 16-cı, "Yeni Malatyaspor" 15 xalla sonuncu - 20-cidir. Turnir cədvəlinə 49 xalla "Konyaspor" başçılıq edir.

Mənbə: qol.az