Millimiz Belçikada boş tribunalar önündə oynayacaq

Millimiz Belçikada boş tribunalar önündə oynayacaq

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsinə hazırlıq matçı tamaşaçısız keçiriləcək.

Oxu.Az xəbər verir ki, Belçika ilə görüş boş tribunalar önündə təşkil olunacaq.

Buna səbəb koronavirus pandemiyasıdır. Bu üzdən də Belçikadakı yoldaşlıq matçına tamaşaçı buraxılmayacaq.

Qeyd edək ki, matç yanvarın 17-də Belçikanın Borxlon şəhərində keçiriləcək.

Mənbə: www.oxu.az