"Qarabağ"ın rəqibinə yeni transferlər etmək qadağan edildi

Beynəlxalq Futbol Federasiyası (FIFA) Fransanın "Marsel" klubuna növbəti iki transfer pəncərəsində yeni futbolçuların qeydiyyatını qadağan edib.

Trend-in məlumatına görə, bu barədə "L'Equipe" qəzeti xəbər yayıb.

Məlumata əsasən, qərar bu ilin yayında qüvvəyə minəcək.

Bildirilir ki, "Marsel" klubu bununla əlaqədar İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, Fransanın "Marsel" klubu UEFA Konfrans Liqasının 1/16 final mərhələsində Azərbaycanın "Qarabağ" klubunun rəqibidir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

G7 ölkələrinin xarici işlər nazirləri Almaniyada bir araya gələcək

SONRAKI XƏBƏR

“Mançester Siti”-“Çelsi” duelinin qalibi müəyyənləşdi