Azərbaycan qılıncoynadanı Türkiyədə bürünc medal qazanıb

Yeniyetmə sablyaçılarımız Türkiyənin Ədirnə şəhərində keçirilən açıq turnirdə qüvvələrini sınayıblar.

AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, Abbas Hüseynov 14 yaşadək oğlan sablyaçılar arasında turnirin bürünc medalına sahib olub.

Qrup mərhələsini 5 qələbə ilə başa vuran A.Hüseynov ən güclü 8-liyə kimi irəliləməyi bacarıb. Təmsilçimiz yarımfinal yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Ayaz Yiğitə 8:15 hesabı ilə uduzub.

On iki yaşadək qız sablyaçıların yarışında qüvvəsini sınayan Fatimə Kərimova isə qrup mərhələsini uğurla adlayaraq (2 qələbə) pley-offa yüksəlib. Burada ilk görüşünü qalib başa vuraraq ən güclü 32-liyə yüksələn F.Kərimova növbəti mərhələ uğrunda görüşdə yerli idmançı Hazal Sakaryaya uduzub.

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Hindistan Rusiya və ABŞ-la imzalanan hərbi müqaviləyə yenidən baxacaq

SONRAKI XƏBƏR

Gündə neçə saatımızı SOSİAL ŞƏBƏKƏLƏRDƏ keçiririk ?