Millimizin oyunu azarkeşsiz keçiriləcək

Millimizin oyunu azarkeşsiz keçiriləcək

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 17-də Belçika yığması ilə yoxlama oyunu keçirəcək.

Qol.az xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq, görüş azarkeşlər üçün qapalı olacaq.

Belçika – Azərbaycan matçı Borqlon şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

 

Mənbə: qol.az