PSJ-nin qapıçısı Keylor Navas koronavirusa yoluxub.
Qol.az klubun saytına istinadən xəbər verir ki, onun COVİD-19 testi müsbət çıxıb. 35 yaşlı qolkiperin karantinə alındığı bildirilib.
Bu səbəbdən o, Fransa çempionatının 21-ci turunda "Brest"lə matç üçün heyətdən çıxarılıb. Onu Lukas Lavelye əvəzləyib.
Qeyd edək ki, sözügedən görüş bu gün keçiriləcək.