Çexiya prezidenti Pekin Olimpiadasının boykotunu pisləyib

Çexiya Prezidenti Miloş Zeman Pekində keçiriləcək XXIV Qış Olimpiya Oyunlarının boykot edilməsini və olimpiyada ideyasından siyasi məqsədlər üçün sui-istifadəni pisləyib.

Trend-in məlumatına görə, bu barədə M.Zeman Çinə yollanan Çexiya yığmasının üzvlərinə videomüraciətində deyib.

"Mən Olimpiada ideyasından siyasi məqsədlər üçün sui-istifadənin əleyhinəyəm, deyə Zeman vurğulayıb. - Biz bunu keçmişdə - Moskvada (1980-ci ildə Yay Olimpiya Oyunları) və Los-Ancelesdə (1984-cü ildə Yay Olimpiya Oyunları) yaşamışıq. İndi biz bu sui-istifadənin daha zəif formasını görürük, burada boykot idmançılarla deyil, yalnız siyasətçilər səviyyəsində elan edilib. Düzünü desəm, bəzi siyasi funksionerlərin Olimpiadada olmaması heç bir pis nəticə verməyəcək".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Taliban" Çini hakimiyyətinin dünyada tanınmasına kömək etməyə çağırıb

SONRAKI XƏBƏR

Tramp 2024-cü ildə Ağ Evə qayıdacağına söz verib