Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsi üçün yekun heyəti açıqlanıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva turnirdə 14 futzalçının xidmətindən yararlanacaq.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.
1
Rövşən Hüseynli
Araz-Naxçıvan
2
Ramiz Çovdarov
Araz-Naxçıvan
3
İsa Atayev
Araz-Naxçıvan
4
Xətai Bağırov
Araz-Naxçıvan
5
Rizvan Fərzəliyev
Araz-Naxçıvan
6
Emanoel Joao Rodrigues "Maneka"
Araz-Naxçıvan
7
Oliveira Villiams “Vassoura”
Sporting Paris (Fransa)
8
Everton Cardoso “Qalo”
Levante U.D. (İspaniya)
9
Emin Kürdov
EKOL
10
Cohnatas Felipe “Felipinyo”
Araz-Naxçıvan
11
Eduardo Borges
Halle-Gooik (Belçika)
12
Rafael Vilela
Palma Futsal (İspaniya)
13
Fineo De Araujo
Sporting Paris (Fransa)
14
Thiago Teles Martins “Bolinha”
ACCS FUTSAL( Fransa)
Millinin oyunlarının təqvimi
22 yanvar
17:30. Gürcüstan – Azərbaycan (Qroningen)
26 yanvar
23:30. İspaniya – Azərbaycan (Qroningen)
29 yanvar
20:30. Azərbaycan - Bosniya və Herseqovina (Amsterdam)