“Kəpəz”in rəqibləri məlum oldu

“Kəpəz”in rəqibləri məlum oldu

Qış fasiləsində yoxlama oyunları keçirəcək “Kəpəz”in ilk iki rəqibi müəyyənləşib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi yanvarın 22-də “Turan Tovuz” ilə qarşılaşacaq. Matç Gəncədə keçiriləcək və saat 14:00-da başlayacaq.

“Sarı-göylər” digər yoxlama görüşündə isə Bakıda “Səbail-2” ilə qarşılaşacaq. Bu matç yanvarın 28-nə təyin olunub.

Qeyd edək ki, “Kəpəz” 1-ci divizionda 3-cü sıradadır.

Mənbə: qol.az