Braziliyalı hücumçu "Neftçi"nin düşərgəsinə gəlir

Braziliyalı hücumçu "Neftçi"nin düşərgəsinə gəlir

"Neftçi"nin futbolçusu Tiaqo Bezerra bu gecə Türkiyənin Antalya şəhərinə yollanaraq komandanın düşərgəsinə qoşulacaq.

"Report" klubun rəsmi televiziyasına istinadən xəbər verir ki, koronavirusdan sağalan braziliyalı hücumçu sabahdan məşqlərdə iştirak edə biləcək.

Xorxe Korrea və Sezar Meza Kolli isə bu gün yenidən test verəcəklər. Analiz nəticələri neqativ çıxacağı halda, hər iki oyunçu Antalyaya gedərək məşqlərə qatılacaq.

Qeyd edək ki, "Neftçi" yanvarın 25-dək Türkiyədə təlim-məşq toplanışında olacaq.

Mənbə: report.az