“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov ikinci turda Andrey Yesipenko ilə mübarizə aparacaq

“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov ikinci turda Andrey Yesipenko ilə mübarizə aparacaq

Bakı, 16 yanvar, AZƏRTAC

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov heç-heçə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk turda Rusiya təmsilçisi Daniil Dubovla qarşılaşan şahmatçımız xalı yarı bölüb. Bu gün keçiriləcək ikinci turda şahmatçımız Rusiyanın daha bir təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparacaq.

Ötən il keçirilmiş analoji yarışda niderlandlı Yorden Van Forest karyerasında ən yüksək nəticəyə imza ataraq yarışın qalib olub.

Mənbə: azertag.az