"Liverpul" Salahın tələbləri ilə razı deyil

Məhəmməd Salahın "Liverpul"dan yeni müqavilə ilə bağlı tələbləri məlum olub.

Qol.az "The Mirror"a istinadən xəbər verir ki, Mersisayd klubu ona həftədə 400 min funt-sterlinq ödəsə, misirli oyunçu yeni müqaviləyə hazır olacaq. Bu məbləğ isə onun hazırkı maaşından iki dəfə çoxdur.

"Liverpul" futbolçunun irəli sürdüyü şərtlər səbəbindən Salahla müqaviləni yeniləmək niyyətində deyil. Tərəflər arasında mövcud müqavilə 2023-cü ilin yayında başa çatır.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Şuşa zəfərinə tamaşa həsr olundu - VİDEO

SONRAKI XƏBƏR

Sevgili olduqlarını belə təsdiqlədi - FOTO