"Liverpul" İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb.
Qol.az xəbər verir ki, "mersisaydlılar" 22-ci turda "Brentford"la qarşılaşıb. Komanda 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 45 xalla 2-ci, "Brentford" isə 23 xalla 14-cüdür.
"Liverpul" - "Brentford" - 3:0
Qollar: Fabinyo, 44, Çemberleyn, 69, Minamino, 77
Mənbə: qol.az