"Real Madrid" 12-ci dəfə superkuboka sahib oldu

Yanvarın 16-da futbol üzrə İspaniya Super kubokunun final görüşü keçirilib.

Axar.az xəbər verir ki, turnirin son qalibi “Atletik Bilbao” klubu “Real Madrid” komandası ilə üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Kral Fahd” stadionunda baş tutan gərgin görüşdə Madrid təmsilçisi üstün olub – 2:0.

Oyunda hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. Fasilədən sonra “kral” klubu hesab arasındakı fərqi iki topa çatdıraraq oyunda qalib gəlib. Kərim Benzema hakimin təyin etdiyi penaltini dəqiq yerə yetirib.

Matçın 87-ci dəqiqəsində Eder Militao birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 89-cu dəqiqəsində “Atletik Bilbao” 11-metirlik cərimə zərbəsi vurmağı şansı qazanıb. Topa yaxınlaşan Raul Qarsiya fürsəti əldən verib.

Beləliklə, “Real Madrid” qələbə qazanaraq tarixində 12-ci dəfə İspaniya Super kubokunun qalibi olub. Madridlilər sonuncu dəfə 2017-ci ildə kuboku başı üzərində qaldıra biliblər.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

7 yaşlı rus qız Yutubdan 28 milyon dollar qazandı

SONRAKI XƏBƏR

"Marsda həyat varmı?" sualına cavab tapıldı