Başına plastik çubuq dəyən futbolçunun diaqnozu açıqlandı

“Sevilya” klubundan İspaniya kubokunun “Betis”lə matçında tribunadan atılan plastik çubuğun başına tuş gəldiyi yarımmüdafiəçi Xoan Xordanın durumu barədə məlumat veirlib.

Bildirlib ki, hadisədən sonra dərhal xəstəxanaya çatdırılan ispaniyalıda beyin silkələnməsi aşkarlanıb. Futbolçuya kəllə-beyin travması diaqnozu qoyulub və o, evdə müşahidə altındadır.

Qeyd edək ki, İspaniya kubokunun 1/8 final mərhələsinin “Betis” – “Sevilya” oyununda ilk hissədə hesab 1:1 olarkən tribunalardan atılan plastik çubuq Xordanın başına dəyib. Futbolçunun yerə yıxılmasının ardından oyun yarımçıq dayandırılıb.

Mənbə: Sports.ru

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

COVID-dən ölmə ehtimalını azaldan səbəb tapıldı

SONRAKI XƏBƏR

Avstriyada COVID vaksinasiya məcburi olacaq