Renat 90 dəqiqə oynadı

Renat 90 dəqiqə oynadı

Portuqaliya çempionatında 18-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin Renat Dadaşovun çıxış etdiyi “Tondela” bu turda səfərdə “Santa Klara” ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

Renat start heyətində meydana çıxıb və sonadək oynayıb.

“Tondela” 18 turdan sonra 17 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Mənbə: qol.az