"Beşiktaş"dan "Barselona"ya qayıtmaq istəmir

"Beşiktaş"dan "Barselona"ya qayıtmaq istəmir

İcarə əsasında "Beşiktaş"da çıxış edən "Barselona"nın futbolçusu Miralem Pyaniç Kataloniya klubuna qayıtmaq istəmir.

Qol.az "Sport.es"ə istinadən xəbər verir ki, bosniyalı yarımmüdafiəçi İstanbul klubunda özünü rahat hiss edir və uzun müddət burada qalmaq fikrindədir.

Qeyd edək ki, ötən ildən "Beşiktaş"da çıxış edən Pyaniç bu mövsüm Superliqada 13 oyuna 2 qol ötürməsi edib.

Mənbə: qol.az