Cokoviç daha bir nüfuzlu yarışdan kənarda qala bilər

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin Fransa Açıq Çempionatında ("Roland Garros") iştirakına qadağa qoyula bilər.

"Report" ESPN-ə istinadən xəbər verir ki, buna səbəb onun peyvənd olunmaqdan imtina etməsidir.

Fransanın idman naziri Roksana Marasinyanu bildirib ki, hökumət idmançılardan peyvənd sertifikat tələb etməyi planlaşdırır.

"Rolan Qarros" turniri 16 may - 5 iyunda keçiriləcək.

Qeyd edək ki, Novak Çokoviç "Australian Open"də də iştirak edə bilməyib. Tennisçi turnirə qatılmaq üçün Avstraliyaya getsə də, yanvarın 5-də vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Nazir müavini: “Xızı-Abşeron" KES 500 milyon manata qənaət etmək imkanı verəcək”

SONRAKI XƏBƏR

Aytən Səfərova tanınmaz halda - Fotoşoplu şəkilləri diqqət çəkdi