Kamran Ağayev vida matçı keçirəcək

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev vida matçı keçirəcək.

"Report"un məlumatına görə, bu barədə veteran qolkiper "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində açıqlama verib.

O, planda belə bir görüşün olduğunu bildirib: "Həm "Səbail", həm də AFFA rəhbərliyi ilə danışmışıq. Belə bir oyun, aarkeşlərlə görüş planlaşdırılıb. Amma vaxtı dəqiq bilinmir".

Qeyd edək ki, Kamran Ağayevin son klubu "Səbail" olub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan millisinin 2 futzalçısında koronavirus aşkarlanıb

SONRAKI XƏBƏR

İrəvana qaytarılan altı erməni hərbçi barədə cinayət işi açılıb