Azərbaycan millisinin 2 futzalçısında koronavirus aşkarlanıb

Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin üzvləri dünən yoldaşlıq oyunu keçirmək üçün səfər etdiyi Belçikada COVİD-19 testi verib. Komandanın üzvü Eduardo Borgesin nəticəsi pozitiv, Rafael Vilelanın nəticəsi isə şübhəli çıxıb. Belçika Krallığının qanunlarına əsasən, hər iki futzalçı karatinə alınacaq. Bu üzdən onlar Belçika ilə keçirilmiş yoldaşlıq matçında iştirak etməyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Omikron”un yeni mutasiyası ortaya çıxıb

SONRAKI XƏBƏR

Kamran Ağayev vida matçı keçirəcək