"The Best": Ötən ilin ən yaxşı kişi və qadın qapıçıları bəlli olub

FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.

"Report"un məlumatına görə, kişi qolkiperlərdən “The Best” mükafatına İngiltərə "Çelsi"sindən Eduar Mendi layiq görülüb. O, Fransa PSJ-sindən italiyalı Canluici Donnarumma və Almaniya "Bavariya"sından Manuel Noyeri qabaqlayıb.

Qadınlardan isə Fransa "Lion"unun çilili qapıçısı Kristiana Endler ən yaxşı seçilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ətin qiyməti nə qədər artıb? - VİDEO

SONRAKI XƏBƏR

Puşkaş mükafatının sahibi müəyyənləşib