Azərbaycan güləşçilərinin qatılacaqları ilk yarışlar bəlli olub

Azərbaycan güləşçilərinin qatılacaqları ilk yarışlar bəlli olub

Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarının 2022-ci ildə qatılacağı ilk yarışlar bəlli olub.

"Report"un məlumatına görə, sərbəst güləş yığmasının Bolqarıstanın Veliko Tarnovo şəhərindəki Dan Kolov - Nikola Petrov turnirində iştirakı gözlənilir.

Həmin yarış 17 - 20 fevralda gerçəkləşəcək.

Yunan-Roma güləşçiləri isə cari ilə Türkiyədə start verəcək. Aleksandr Tarakanovun baş məşqçi olduğu komanda 24 - 27 fevralda İstanbulda Yaşar Doğu, Vehbi Emre və Hamit Kaplan turnirinə qatılacaq.

Qeyd edək ki, qadın güləşçilər 26 - 30 yanvarda Rusiyanın Krasnoyarsk şəhərində İvan Yarıgin Qran-prisində mübarizə aparacaq.

Mənbə: report.az