"Barselona"nın futbolçusu maaşının azaldılması ilə razılaşmır

"Barselona"nın futbolçusu maaşının azaldılması ilə razılaşmır

"Barselona"nmüdafiəçi Serxi Roberto yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.

Qol.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. 29 yaşlı ispaniyalı vergi ödəmədən ildə 12 milyon avro alır. Kataloniya təmsilçisi Robertoya yaya qədər hesablanmış müqaviləni 2 il müddətinə uzatmağı, lakin maaşları əhəmiyyətli dərəcədə azaltmağı təklif ediblər.

 

Oyunçunun agenti Xose Mariya Orobitq və klubun direktoru Mateu Alemani yeni müqaviləni müzakirə etmək üçün tezliklə görüşəcəklər.

Robertonun maaşının azaldılmasını qəbul etmədiyi bildirilir.

Qeyd edək ki, Roberto bu mövsüm La Liqada 9 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.

Mənbə: qol.az