DÇ-2022-yə ən ucuz biletlərin qiyməti açıqlandı – Son mundialdan 3 dəfə aşağı

DÇ-2022-yə ən ucuz biletlərin qiyməti açıqlandı – Son mundialdan 3 dəfə aşağı

Qətərdə keçiriləcək DÇ-2022-nin biletlərin qiyməti bəlli olub.

Bizim.Media-nın məlumatına görə, Asiya ölkəsinə qonaq gələcək xarici vətəndaşlar üçün ən ucuz biletlə 70 dollara yaxın olacaq.

Bu rəqəm 4 il əvvəl Rusiyada baş tutan DÇ-2018-lə müqayisədə təxminən üç dəfə aşağıdır. Qətərlilər üçün isə ən ucuz biletlər 11 dollardır.

Qeyd edək ki, Qətərdəki mundial noyabrın 21-dən dekabrın 18-dək baş tutacaq.

Bizim.Media

Mənbə: bizim.media