Yunanıstan klubları "Neftçi"də çıxış edən futbolçunu icarəyə götürmək istəyir

Yunanıstan klubları "Neftçi"də çıxış edən futbolçunu icarəyə götürmək istəyir

Yunanıstanın iki klubu "Neftçi"nin futbolçusu Mamadu Kane ilə maraqlanır.

"Report" "Sportdog.gr" nəşrinə istinadən xəbər verir ki, Superliqa təmsilçiləri 25 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Müqavilə ilə "Olimpiakos"a məxsus olan qvineyalı oyunçunun bu klublardan birinə icarəyə veriləcəyi gözlənilir.

Məşqçilər korpusu Kaneni yerli komandalara icarəyə verməklə onu yaxından izləməyi hədəfləyir.

Qeyd edək ki, Mamadu Kane "Neftçi"də icarə əsasında çıxış edir. O, hazırda Afrika Millətlər Kuboku üçün Qvineya yığmasının düşərgəsindədir.

Mənbə: report.az