Azərbaycan Gimnastika Federasiyasında (AGF) yeni təyinat olub.
"Report"un məlumatına görə, Aysel Sultanova AGF-nin mətbuat katibi təyin edilib.
Sultanova bu postda Sara Zeynalovanı əvəzləyib.
Qeyd edək ki, Aysel Sultanova əvvəllər "Olimpiya dünyası" qəzetində çalışıb.
Mənbə: report.az