Türkiyə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına 3250 nəfərlik təhlükəsizlik qüvvəsi göndərəcək

Türkiyə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına 3250 nəfərlik təhlükəsizlik qüvvəsi göndərəcək

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında təhlükəsizliyin təmin edilməsi üçün Türkiyədən çevik qüvvələr, xüsusi təyinatlılar və bomba kəşfiyyatı üzrə mütəxəssislər göndəriləcək.

AZƏRTAC Əl-Cəzirə telekanalına istinadla xəbər verir ki, 2022-ci ilin noyabr ayında keçiriləcək futbol turnirində Türkiyə tərəfindən göndəriləcək 3250 nəfərlik heyət təhlükəsizliyi təmin edəcək.

Telekanalın məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. O qeyd edib ki, Qətərə göndəriləcək təhlükəsizlik qüvvələri arasında 3000 çevik polis, 100 xüsusi təyinatlı, 50 bomba axtaran kəşfiyyatçı it və onların operatorları, 50 bomba mütəxəssisi və digər heyət olacaq. Həmçinin, Türkiyə tərəfi 677 nəfərdən ibarət Qətər təhlükəsizlik qüvvəsinə təlim keçib.

Mənbə: azertag.az