"Qarabağ"ın iki oyununun başlama saatı açıqlandı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"ın sözügedən bölgədə yanvarın 21-i keçirəcəyi 2 yoxlama matçının başlama saatı müəyyənləşib.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı vaxtı ilə saat 13:30-da Serbiya "Baçka Topola"su, saat 19:00-da isə Polşa "Şlyonsk"u ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, "Qarabağ" Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz bərabərə qalıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

İranda təyyarə təcili eniş edib

SONRAKI XƏBƏR

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb