Millimizin oyunlarının vaxtı açıqlandı

Millimizin oyunlarının vaxtı açıqlandı

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının qatılacağı beynəlxalq turnirdəki oyunlarının vaxtı açıqlanıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək yarışda qüvvəsini sınayacaq.

 

Millimiz fevralın 6-də Qırğızıstan, 7-də Belarus, 9-da Qazaxıstan, 10-da isə Tacikistanla qarşılaşacaq. Qrup oyunlarından sonra millimiz digər qrupda müvafiq mövqedə yer alan komanda ilə üz-üzə gələcək.

Mənbə: qol.az