Kikboksinq Federasiyasının rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib - FOTO/VİDEO

Kikboksinq Federasiyasının rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib - FOTO/VİDEO

Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.

Oxu.Az-ın xəbərinə görə, Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevin də qatıldığı ziyarətdə 20 Yanvar şəhidləri anılıb, onların məzarları üzərinə qərənfil dəstələri qoyulub.

Qeyd edək ki, ziyarətdə federasiyanın I vitse-prezidenti Ramal Aslanov, həvəskar və peşəkar kikboksinq üzrə millimizin baş məşqçisi Elşən Abdulrəhimov, yeniyetmə və gənclərdən ibarət millimizin çalışdırıcısı Hakim Hacıyev, dünya çempionu Bəhram Rəcəbzadə və digər idmançılar iştirak edib.

 

Mənbə: www.oxu.az