Tbilisi basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Tbilisi basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

“Bu il basketbol üzrə Avropa çempionatına Köln, Praqa və Milan şəhərləri ilə yanaşı, Gürcüstanın paytaxtı Tbilisi də ev sahibliyi edəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.

Onun sözlərinə görə, Tbilisidə çempionatın A qrupu üzrə matçları sentyabrın 1-dən 18-dək keçiriləcək: “Oyunlarda Gürcüstan yığması ilə yanaşı, İspaniya, Rusiya, Türkiyə, Belçika və Bolqarıstanın milli komandaları da iştirak edəcəklər”.

İ.Qaribaşvili qeyd edib ki, beynəlxalq idman tədbirinin keçirilməsi üçün Tbilisidə Avropa standartlarına uyğun yeni idman sarayı inşa olunur.

Mənbə: report.az