"Bu, "San-Siro"dakı son oyunum ola bilər" - Kyellini

"Bu, "San-Siro"dakı son oyunum ola bilər" - Kyellini

"Təbii ki, qalib gəlməyə üstünlük verərdim, amma bərabər oyun oldu. Hər iki komanda çox çalışdı. Mövsümün əvvəlindən indiyədək çox inkişaf etmişik".

Qol.az xəbər verir ki, bu sözləri "Football Italia"ya açıqlamasında "Yuventus"un kapitanı Corco Kyelli A seriyasının son turunda "Milan"la keçirilən görüş haqda danışarkən deyib.

 

Qolsuz başa çatan matçı şərh edən italyan müdafiəçi artıq karyerasının sonlarına yaxınlaşdığını və hər oyundan həzz aldığını bildirib: "Qələbə bizə əlavə stimul verəcəkdi, lakin biz artıq düzgün yoldayıq. Qarşıda dörd ay var.

Mən uşaq həvəsi ilə oynayıram və bundan həzz alıram. Bu, mənim "San-Siro"dakı son oyunum ola bilər. Mənim yaşımda olan futbolçu hər matçdan həzz almalıdır”.

Mənbə: qol.az