Blatter FİFA-nın ideyasını tənqid etdi - "Axmaqlıqdır"

FİFA-nın keçmiş prezidenti Yozef Blatter dünya çempionatının iki ildən bir keçirilməsi ideyasını tənqid edib.

Qol.az xəbər verir ki, o, "Europe 1"ə açıqlamasında deyib:

“Axmaqlıqdır. Bunu adlandırmağın başqa yolu yoxdur. Burada mənim də günahım var. Çünki ilk dəfə FİFA prezidenti seçiləndə demişdim ki, dünya çempionatını iki ildən bir keçirə bilərik. Amma ətrafımdakı insanlar səhv etdiyimi dedilər.

İndi artıq təqvim yüklənib. Böyük yarışlarda ən yaxşı oyunçular oynamalıdır. Lakin onlar artıq klublardakı matçlarla və milli komandadakı oyunlarla yükləniblər.

FİFA milli komandalara deyil, klublara əsaslanır. Bu cəfəngiyatdır. İki ildən bir dünya çempionatı keçirmək qeyri-mümkündür, bu, futbol adına pisdir”.

Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino dünya çempionatının iki ildən bir keçirilməsinə çalışır. UEFA-da isə dəyişikliyin turnirə marağın azaldacağı düşünülür.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

İranlı Xomeyninin heykəlini “dağıtmaq”da ittiham edilib

SONRAKI XƏBƏR

Şuşaya səfər edənlər bu qaydalara riayət etməlidir