"Neftçi"nin yeni transferi: "Bu, yaxşı fürsətdir"

"Neftçi"nin yeni transferi: "Bu, yaxşı fürsətdir"

"Sabiq klubum "Riqa"ya qısa əməkdaşlığa görə təşəkkür edirəm".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni transferi İvan Brkiç "vecernji.hr" saytına açıqlamasında deyib.

"Ağ-qaralar"la 1,5 illik müqavilə imzalamış xorvatiyalı qapıçı hazırda yeni komandası ilə Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olduğunu xatırladıb: "Burada həm də komanda yoldaşlarım və klub rəhbərliyi ilə tanış oluram. Azərbaycanın ən titullu klubuna keçidimi mövsümün davamında həqiqi dəyərimi göstərmək və özümü sübut etmək üçün yaxşı fürsət hesab edirəm. Bu amil məni komandama daha yaxşı uyğunlaşdıra bilər. Əla müqavilə imzaladığımı düşünürəm".

29 yaşlı qolkiper mövsümün ikinci yarısına "Sabah"a qarşı Azərbaycan Kubokunun 1/4 final matçı ilə satart verəcəklərini xatırladıb: "Bizi cəmi iki həftə sonra sonra "Riyeka"nın keçmiş futbolçusu Marko Veşoviçin də yer aldığı və hazırda liqanın ən yaxşı komandası olan "Qarabağ"la derbi gözləyir. Keçən ilki titulu qorumaq və kubokda uğur qazanmaq üçün mübarizə aparacağıq".

Mənbə: report.az