"Qarabağ"ın rəqibi dəyişib

"Qarabağ" komandasının Türkiyənin Antalya şəhərindəki yoxlama oyunlarının proqramında dəyişiklik edilib.

"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 25-də Slovakiya "Tatran"ı ilə matç baş tutmayacaq.

Buna səbəb rəqibin Antalya toplanışına getməməsidir. Köhlən atlar buna görə Çexiyanın "Bohemians" klubu ilə üz-üzə gələcək.

Həmin gün digər qarşılaşma isə Polşanın "Visla" (Krakov) klubuna qarşı olacaq. Oyunlar müvafiq olaraq Bakı vaxtı ilə saat 12:00 və 18:00-da başlayacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ diplomatları Ukraynadan niyə çıxır? - Borrell

SONRAKI XƏBƏR

Ekspert: "NATO ölkələri Ukraynaya fərdi şəkildə kömək edə bilər"