Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı açıqlanıb

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı açıqlanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, I dövrədə keçiriləcək matçlar yanvarın 26-27-də və 29-da təşkil olunacaq.

Yanvarın 26-da ikinci turda “Express” “Sərhədçi”ni sınağa çəkəcək. Qarşılaşma saat saat 18:00-da başlayacaq. Ertəsi gün saat 16:00-da MOİK “Murov”la üz-üzə gələcək.

Yanvarın 29-da isə III turun “Neftçi” - “Express” oyunu olacaq. Qarşılaşmanın start fiti saat 15:00-da veriləcək.

Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.

Mənbə: report.az