"Çelsi"dən "Barselona"ya azad agent kimi keçir

"Çelsi"dən "Barselona"ya azad agent kimi keçir

"Çelsi"nin müdafiəçisi Sezar Aspilikueta karyerasını "Barselona"da davam etdirəcək.

Qol.az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, 32 yaşlı oyunçu bu yay azad agent kimi Kataloniya klubuna keçəcək. Tərəflər 3+1 illik müqavilə imzalayacaqlar.

Qeyd edək ki, Aspilikueta "Çelsi" ilə 2022-ci ilin yayında başa çatacaq müqaviləni yeniləmək istəmir.

Mənbə: qol.az