SSKA Medinanı milliyə buraxmadı – FİFA-ya şikayət olundu

SSKA Medinanı milliyə buraxmadı – FİFA-ya şikayət olundu

Rusiyanın SSKA klubu paraqvaylı futbolçusu Xesus Medinanı millinin düşərgəsinə buraxmayıb.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Cotita Barnabe özünün Tvitter səhifəsində yazıb. Məsələ ilə əlaqədar Paraqvay Futbol Federasiyası FİFA-ya şikayət edib.

Qeyd edək ki, yanvarın 28-də Paraqvay millisi DÇ-2022-nin seçmə mərhələsində Argentina ilə qarşılaşacaq.

FİFA-nın qaydalarına görə, rəsmi oyunlar və qurumun bayrağı altında keçirilən yoxlama görüşləri ərəfəsində klublar futbolçularını milliyə buraxmalıdırlar.

Mənbə: qol.az