Millimiz növbəti oyununa hazırlaşır - VİDEO

Sabah futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində ikinci oyununu keçirəcək. D qrupunda qərarlaşan seçməmiz turnirin favoritlərindən olan İspaniya kollektivi ilə üz-üzə gələcək. Millimiz 7 qat avropa çempionları qarşısına itkilərlə çıxacaq.

Belə ki, COVİD-19 analizləri müsbət çıxan Eduardo Kardoso ilə Rövşən Hüseynli Gürcüstanla görüşdə olduğu kimi, bu dəfə də meydana çıxa bilməyəcək. Rövşənin yoxluğunda çərçivəni qoruyacaq Emin Kürdov rəqibin adına, gücü baxmayaraq asanlıqla təsil olmayacaqlarını bildirib.

Xatırladaq ki, millimiz ilk oyununda Gücrüstan seçməsinə 2-3 hesabı ilə uduzub. Seçməmiz ispaniyalılarla Qroningen şəhərində üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 23:30-da başlayacaq. Futzalçılarımız qrupdakı son matçında Bosniya və Herseqovina ilə münasibətləri aydınlaşdıracaqlar. Amsterdam şəhərində təşkil olunacaq görüş yanvarın 29-da, saat 20:30-da start götürəcək.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Leonard kometini gözlə görmək mümkün olacaq

SONRAKI XƏBƏR

Tağıyevin heykəlinə zərər vuranlarla bağlı QƏRAR VERİLDİ