Azərbaycanda oynamış futbolçu İngiltərə Premyer Liqasının tarixinə düşüb

Azərbaycanda oynamış futbolçu İngiltərə Premyer Liqasının tarixinə düşüb

İngiltərə Premyer Liqası tarixinin 10 ən yaxşı afrikalı futbolçusu bəlli olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, siyahıda "Səbail" klubunun sabiq futbolçusu Maykl Esyen də yer alıb.

Keçmiş qanalı yarımmüdafiəçi 4-cü sırada göstəriib.

Onun "Çelsi"dəki sabiq komanda yoldaşı kot d ivuarlı Didye Droqba birinci, "Mançester Siti", "Tottenhem" və "Arsenal"ın toqolu sabiq hücumçusu Emanuel Adebayor ikinci, hazırda "Arsenal"da çıxış edən qabonlu Pyer-Emerik Obameyanq üçüncü olub.

Növbəti pillələrdə nigeriyalı Nvankvo Kanu, əlcəzairli Riyad Mahrez, seneqallı Sadio Mane, nigeriyalı Cey Cey Okoça, misirli Məhəmməd Salah və kot d ivuarlı Yaya Ture yer alıb.

Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək müqavilə üzrə "Səbail"ə məxsus olub. O, paytaxt təmsilçisini tərk etdikdən sonra karyerasını bitirib.

Mənbə: report.az