Avropa çempionatı: Gürcüstan yığması ikinci qələbəsini qazanıb

Avropa çempionatı: Gürcüstan yığması ikinci qələbəsini qazanıb

Futzal üzrə Avropa çempionatının D qrupunda II tura start verilib.

"Report"un məlumatına görə, Azərbaycan milli komandasının da yer aldığı qrupun ilk oyununda Gürcüstan yığması Bosniya və Herseqovinanı sınağa çəkib. Gürcülər ilk hissədən sonra hesabda geridə olsalar da, ikinci yarıda 2 qol vuraraq qələbə qazanıblar. Bununla da kollektiv 1/4 finala vəsiqəni təmin edib. Bosniya və Herseqovina isə qrupda qalıb.

Gürcüstan yığması ilk turda Azərbaycana 3:2 hesabı ilə qalib gəlib. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv qrupdakı ikinci sınağında bu gün İspaniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Milli komanda məğlub olacağı halda, qrupdan çıxmaq şanslarını itirəcək.

Qeyd edək ki, İspaniya seçməsi ilk turda Bosniya və Herseqovinanın darmadağın edib - 5:1.

Mənbə: report.az