Neymar: “Soyunub-geyinmə otağında ağlayırdım, Messi mənə dəstək oldu”

Neymar: “Soyunub-geyinmə otağında ağlayırdım, Messi mənə dəstək oldu”

“Barselona”nın sabiq hücumçusu, hazırda PSJ-də çıxış edən Neymar Kataloniya klubundakı ilk mövsümünü xatırlayıb.

Braziliyalı 2013-cü ildən “Barselona”da oynamağa başlayıb.

“Barsa”ya keçəndə Leo (Messi) mənə dedi ki, mənim üçün narahat olma. Mən kömək etmək üçün buradayam. Çox çalışmaya davam et”. Düşünürəm ki, bu, elə mənə lazım olan dəstək idi.

“Barsa”dakı ilk mövsümümdə çox təzyiq altında idim, özümü tanımırdım. Soyunub-geyinmə otağında ağlayırdım və bu an Messi mənə dəstək oldu, mənimlə danışmağa başladı. Bu, hər şeyi dəyişdi”, – deyə Neymar “Netflix”-in avtobioqrafik sənədli filmində bildirib.

Xatırladaq ki, Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib.

Mənbə: championat.com

Mənbə: www.oxu.az