"Milan"ın futbolçusu zədələndi

"Milan"ın futbolçusu zədələndi

"Milan"ın futbolçusu Frank Kessye zədələnib.

Qol.az xəbər verir ki, o, Fil Dişi Sahili milli komandasının düşərgəsində sıradan çıxıb. Yarımmüdafiəçi Misirə qarşı keçirilən 1/8 final mərhələsi matçının ilk hissəsində zədələnib. Kessyenin durumu tibbi müayinədən sonra bilinəcək.

 

Misir yığması Afrika Millətlər kubokunda Fil Dişi Sahili millisini məğlub edib (əsas vaxt – 0:0, penaltilər – 5:4).

Mənbə: qol.az