Haalanddan transfer açıqlaması

Haalanddan transfer açıqlaması

"Borussiya"nın (Dortmund) futbolçusu Erling Haaland tezliklə Bundesliqa təmsilçisindən ayrılıb, "Real"a keçəcəyi ilə bağlı suallara cavab verib.

Qol.az xəbər verir ki, 21 yaşlı hücumçu "Football Daily"ə açıqlamasında bu məlumatların yalan olduğunu bildirib:

"Düşünürəm ki, artıq bu xəbərlər haqqında bir şey deməyin vaxtı gəlib. Haqqımda həddindən artıq çox şey danışıldı. Əlavə nə isə söyləməyəcəyəm. "Borussiya" ilə birlikdə davam edirik".

Qeyd edək ki, Haaland 2020-ci ildən Dortmund klubunda oynayır.

Mənbə: qol.az