"Qarabağ" Qasparın göndərilməsini təsdiqlədi

“Qarabağ”ın futbolçusu Qaspar Panaderonun Kiprin AEK klubuna keçəcəyi dəqiqləşib.

Bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib:

 

“Qasparın AEK klubuna icarəyə verilməsi ilə bağlı danışıqlarımız yekunlaşmaq üzrədir. Şifahi razılıq əldə olunub. Sadəcə, məsələnin rəsmi tərəfi qalıb. Müqavilə bağlandıqda sonra Qaspar bu mövsümün sonuna qədər Kiprin AEK klubuna icarəyə veriləcək”.

Qeyd edək ki, ötən yay "Qarabağ"a gələn ispaniyalı yarımmüdafiəçi bu mövsüm cəmi 4 oyunda meydana çıxıb. Sonuncu dəfə isə oktyabrın 3-də "Qəbələ" ilə çempionat matçından iştirak edib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"İl yarım qapıları döydüm, xahiş etdim, heç kim mənə iş vermədi"

SONRAKI XƏBƏR

Tokayev Qazaxıstanın hakim partiyasının yeni sədri seçilib