Konfrans Liqasının 1/16 finalında “Qarabağ”ın rəqibi olan “Marsel” Fransa Liqa -1-də “Trua”ya qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini istəyir.
Qol.az “L”equipe” nəşrinə istinadən xəbər verir ki, bu görüş fevralın 27-də, yerli vaxtla saat 13.00-da başlamalıdır. Fevralın 24-də isə komanda Bakıda “Qarabağ”la cavab görüşünə çıxıcaq. Bundan sonra “Marsel”i geri qayıtmaq üçün 7 saatlıq hava yolu gözləyir.
Komandanın yorğun olacağını əsas götürən klub Liqa-1-in yayımçı şirkətinə görüşün vaxtının axşam saatlarına çəkilməsi üçün müraciət edib. Hazırda bununla bağlı müzakirə gedir.
Mənbə: qol.az