Məşhur mütəxəssis Acunun klubunun baş məşqçisi oldu

Məşhur mütəxəssis Acunun klubunun baş məşqçisi oldu

Gürcü mütəxəssis Şota Arveladze İngiltərənin "Hall Siti" klubuna baş məşqçi təyin edilib.

Fanat.Az xəbər verir ki, informasiyanı Çempionşip klubunun rəsmi saytı yayıb.
Arveladze bu postda Qrant Makkeni əvəzləyib.
"Hall Siti"nin sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır. Məşhur teleaparıcı və prodüser kimi tanınan Ilıcalı bir neçə ay öncə sözügedən klubu aldığını bəyan etmişdi.
Türkiyənin "Trabzonspor", "Kayserispor", "Kasımpaşa", İsrailin "Makkabi" (Təl-Əviv) klublarını çalışdırmış Arveladzenin son iş yeri Özbəkistan təmsilçisi "Paxtakor" olub. 48 yaşlı çalışdırıcı bu komanda ilə 2 dəfə Özbəkistan çempionluğunu bayram edib.

Mənbə: apa.az