"Yuventus" Vlahoviçin transferini açıqladı

"Yuventus" Vlahoviçin transferini açıqladı

“Yuventus” heyətinə yeni oyunçu cəlb edib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Fiorentina”nın hücumçusu Duşan Vlahoviç tibbi müayinədən keçmək üçün Turinə gəlib. Müayinəni ardından serbiyalı oyunçu ilə müqavilə imzalanacaq.

 

İtaliya mətbuatı bu transfer üçün “Yuventus”un “Fiorentina”ya 75 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, 2018-ci ildən “Fiorentina”da oynayan 22 yaşlı forvard bu mövsüm 21 oyuna 17 qol vurub, 4 məhsuldar ötürmə edib.

Mənbə: qol.az