"Atletiko" yarımmüdafiəçi aldı

"Atletiko" yarımmüdafiəçi aldı

"Valensiya"nın yarımmüdafiəçisi Daniel Vass "Atletiko"ya transfer olunub.

Qol.az xəbər verir ki, bu barədə Madrid klubunun saytı məlumat yayıb .32 yaşlı oyunçu ilə 6 aylıq müqavilə imzalanıb. Transfer məbləği 2,7 milyon avro olub.
Qeyd edək ki, danimarkalı futbolçu bu mövsüm "Valensiya"nın heyətində 21 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.

 

Mənbə: qol.az